Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kanada ABŞ-la ticarət danışıqlarını dayandırıb və yeni tariflərə cavab olaraq Amerika mallarına qarşı simmetrik rüsumlar tətbiq edəcək. Bu barədə Kanada Baş naziri Mark Karni cümə günü gecə bildirib.
Onun sözlərinə görə, tərəflər danışıqlarda “mühüm irəliləyiş” əldə etsələr də, Kanadanın maraqlarına cavab verən razılaşma əldə etmək mümkün olmayıb.
“Bunun nəticəsində bu axşam ABŞ-la ticarət danışıqlarını dayandırmaq və kanadalı müzakirəçilərə Ottavaya qayıtmaq barədə göstəriş vermək qərarına gəldim”, – Karni bildirib.
Qərar ABŞ-ın Kanada mallarına 50 faizlik yeni tariflər tətbiq etməsindən əvvəl qəbul edilib. Rüsumlar təxminən 20-28 milyard dollar dəyərində Kanada məhsullarını əhatə edir.
Karni vurğulayıb ki, Kanada ABŞ-ın tədbirlərinə “dollar qarşılığında dollar” prinsipi ilə cavab verəcək. Onun sözlərinə görə, məqsəd kanadalı işçiləri və şirkətləri qorumaqdır.
Beləliklə, iki ölkə arasında ticarət danışıqlarının pozulması Şimali Amerikada ticarət gərginliyini daha da artırıb. ABŞ-ın yeni tarifləri Kanada ixracının təxminən 5 faizini əhatə edir, lakin bu addım gələcəkdə ABŞ-Meksika-Kanada ticarət razılaşmasının yenilənməsi üzrə danışıqları da çətinləşdirə bilər.
S.ELAY
XQ