Trampın 51ci ştat təklifinə Trüdodan cavab

08.01.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kanadanın istefa verən baş naziri Castin Trüdo ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın ölkənin ştatlara daxil edilməsi təklifinə cavab verib.

"Unikal" xəbər verir ki, o bu barədə X sosial şəbəkəsində məlumat verib.

"Kanadanın Birləşmiş Ştatların bir hissəsi olmasının heç bir yolu yoxdur", - deyə Trüdo qeyd edib.

O əlavə edib ki, hər iki ölkədəki işçilər və icmalar qarşılıqlı ticarət və təhlükəsizlik tərəfdaşlığından faydalanır.

Yanvarın 6-da Tramp Kanadanın baş naziri Castin Trüdo gözlənilən istefasını elan etdikdən sonra ölkəsini 51-ci ştat olaraq ABŞ-a qoşulmağa dəvət edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью