Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, İran ABŞ və İsrail ilə münaqişəsinin üçüncü mərhələsinə qədəm qoyur.
Qəribabadi bildirib ki, ilk iki mərhələ 2025-ci ilin iyun ayında 12 günlük İran-İsrail müharibəsi və dekabrın sonundan bəri İranda davam edən etirazlar olub. "Bəli, onlar taktikanı dəyişiblər, amma mən bir şeyi deyə bilərəm: onlar əvvəlki iki mərhələdə olduğu kimi bu mərhələdə də məğlub olacaqlar", - deyə o bildirib.
İranın BMT-dəki missiyası bildirib ki, Tehran qarşılıqlı hörmət və maraqlara əsaslanan dialoqa hazırdır, lakin məcbur edilərsə, "əvvəlkindən daha çox cavab verəcək". ABŞ-ın X-dəki missiyası açıqlamasında bildirib ki, "ABŞ sonuncu dəfə Əfqanıstan və İraqdakı müharibələrə qarışanda 7 trilyon dollardan çox pul israf edib və 7000-dən çox amerikalının həyatına son qoyub".
Bu gün ABŞ prezidenti Donald Tramp USS Abraham Linkoln təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Amerika gəmilərindən ibarət "nəhəng bir armada"nın İran sahillərinə doğru irəlilədiyini açıqladı. O, Ağ Evin 2025-ci ilin yayında İslam Respublikasına hücum əmri verdiyini və Tehranı Vaşinqtonla nüvə sazişi imzalamağa çağırdığını xatırlatdı. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, bölgədəki Amerika qüvvələrinə hücum təhlükəsi yaranarsa, ölkə İrana qarşı qabaqlayıcı zərbə endirmək hüququnu özündə saxlayır.
Əziz Mustafa