Trampın adamı İranla bağlı suala cavab vermədi | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İranla qarşıdakı danışıqların mövzusunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Foks Nyus”a müsahibəsində danışıb.
“İranla danışıqların növbəti raundu uranın zənginləşdirilməsi proqramı və silah qabiliyyətinin yoxlanmasına yönələcək.
Bura müəyyən raket növləri daxildir. Vəziyyəti diplomatiya və dialoq yolu ilə həll edə bilərik.
İlk görüş müsbət, konstruktiv və inandırıcı oldu”, – Uitkoff deyib.
O, İranın əldə edilən hər hansı razılaşmaya uyğunluğunu yoxlamaq üçün BMT yox, ABŞ müfəttişlərinin məsul olub-olmayacağı sualına birbaşa cavab verməkdən imtina edib.
“İranın nefti 3,67%-dən yuxarı zənginləşdirməyə ehtiyacı yoxdur”, – deyə Trampın xüsusi elçisi vurğulayıb.
Tam oxu
Xəbəri oxu