Trampın adamı Putinə Zelenski ilə görüş təklif edəcək

21.10.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Moskvaya səfəri zamanı Rusiyanın Prezidenti Vladimir Putinə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski ilə birbaşa danışıqlar aparmağı təklif edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

Nəşr qeyd edir ki, bu, atəşkəsə nail olmaq üçün növbəti cəhd olacaq.

“Uitkoff Rusiya rəhbərliyi ilə görüşəcək, həmin görüşdə səsləndirilən fikirləri, eləcə də Avropa və ABŞ-dan olan həmkarlarının hazırladığı təklifləri müzakirə edəcək. Ola bilsin ki, bu, liderlər səviyyəsində görüşün keçirilməsi üçün zəmin yaratsın”, - bu sözləri isə Norveçin Baş naziri Yonas Qar Störe bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью