Trampın adamı Putini razı sala bilməsə...

05.08.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof Rusiya Prezidenti Vladimir Putini Ukraynada atəşkəslə razılaşmağa inandırmaq üçün Moskvaya gedir. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “The Hill” yazır.

"Stiv Vitkofun Putini atəşkəslə razılaşmağa inandırmaq üçün bu həftə Moskvaya gedəcəyi gözlənilir. Əgər bu, uğursuz olarsa, Ukrayna tərəfdarları Trampın Rusiya neftini idxal edən ölkələrə "ikinci dərəcəli tariflər" tətbiq edəcəyinə ümid edirlər", - qəzet yazır.

Avqustun 4-də ABŞ prezidenti Donald Tramp Vitkofun Rusiyaya səfərinin bu həftənin ortalarına planlaşdırıldığını açıqlayıb. 

Bu arada Trampın Rusiyaya verdiyi müddət başa çatır. Bu müddətdə Putin qərarını açıqlamasa, vəziyyət gərginləşə bilər.

Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью