Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə elçisi Stiv Uitkof amerikalı müəllim Mark Vogelin azadlığa buraxılması üçün Moskvaya səfəri zamanı Rusiya diktatoru Vladimir Putinlə görüşüb.
Ölkə.Az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bildirilir ki, Trampın nümayəndəsi Moskvada Putinlə təxminən 3,5 saat danışıb. Lakin görüşdə hansı məsələlərin müzakirə edildiyi bəlli deyil və bu gizli saxlanılır.
Ağ Ev mümkün danışıqlar barədə məlumatı şərh etməyib.
Uitkof Səudiyyə Ərəbistanı və Qətər nümayəndələri ilə də danışıqlar aparıb.
Mürtəza
Ölkə.Az