Trampın adamları İsraildə mitinqdə göründü

12.10.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsraildə səfərdə olan ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff və Donald Trampın keçmiş müşaviri Cared Kuşner Tel-Əvivin Hatufim meydanında keçirilən mitinqdə iştirak ediblər.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, mitinqə on minlərlə israilli qatılıb.

Uitkoff və Kuşner meydana gələndə onları alqışlarla, “Sağ olun!” şuarı ilə qarşılayıblar.

Uitkof onu qarşılayanlara deyib: “Mən bu axşamı səbirsizliklə gözləyirdim. Kaş Prezident Tramp bunu görmək üçün burada ola bilsəydi. O, bunu çox istərdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью