“Trampın adı Epstein işində keçir” Mask

06.06.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İlon Mask iddia edir ki, ABŞ Prezidenti Donald Trampın adı amerikalı maliyyəçi Ceffri Epşteynin işində keçir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mask sosial şəbəkə hesabında yazıb.
“Əsl bombanı atmağın vaxtı gəldi: Prezident Donald Trampın adı Epşteyn işində keçir. Bu, faylların ictimaiyyətə açıqlanmamasının əsl səbəbidir. Gününüz xoş keçsin, Donald Tramp!”
Xatırladaq ki, Epstein 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun 2002-2005-ci illər arasında ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün Manhettendəki evinə səfərlər təşkil etdiyinə dair sübutlara malik olduqlarını iddia edib. Epsteinin dost və tanışları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. ABŞ-də maliyyəçinin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.
Qeyd edək ki, Tramp və Maskın arasında son günlər gərginlik yaranıb. Belə ki, Mask Trampın tətbiq etdiyi tarifləri pisləyib. Buna cavab olaraq, Tramp Maskdan məyus olduğunu bildirib. 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью