Trampın Ağ Evdə Səudiyyə şahzadəsi ilə görüşü başladı

18.11.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü başlayıb.

Axar.az xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı şahzadəsinin səkkiz ildən sonra Vaşinqtona ilk səfəridir.

Görüşün gündəliyinə ABŞ-Səudiyyə Ərəbistanı təhlükəsizlik əlaqələri, o cümlədən Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına “F-35” qırıcı təyyarələrini satması, silah müqavilələri, ticarət və investisiya daxildir.

Tramp görüşdə Səudiyyə Ərəbistanının İbrahim Sazişinə qoşulmasını və İsrail ilə münasibətləri normallaşdırmasını müzakirə etmək niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью