Moderator.az saytına istinadən Icma.az xəbər verir. "Trampın qalib kimi görünmək arzusu nəticədə ona Ukraynanın dəstəyini təmin edəcək..." U
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, Ukrayna ABŞ-ın yeni prezidenti Donald Tramp administrasiyasının dəyişikliklər gətirəcəyinə inanır.
Lakin bir çoxları bu dəyişikliklərin yaxşı olmayacağından, xüsusilə ABŞ-ın hərbi yardımının dayandırılacağından ehtiyatlanır.
Nəşr onlarla ukraynalı - cəbhədəki əsgərlər, məcburi köçkünlər və Rusiya tərəfindən raket hücumlarına məruz qalan şəhərlərin sakinləri ilə söhbət etdikdən sonra bu nəticəyə gəlib.
"Həm əsgərlər, həm də mülki şəxslər bildirir ki, bu qədər itkidən sonra ABŞ-ın yeni prezidenti sülh xatirinə sülh deyil, ədalətli bir həll yoluna çalışmalıdır", - deyə nəşrdə qeyd edilir.
Çoxsaylı ukraynaların Co Bayden administrasiyasının həddindən artıq ehtiyatlı yanaşmasından və Konqresin fəaliyyəti səbəbindən yardımın gecikməsindən məyus olduqları vurğulanır.
"Müharibə hələ də davam edir, Ukrayna güclü bir rəqibə qarşı mübarizə aparır və ABŞ-ın hərbi dəstəyindən güclü şəkildə asılıdır", - nəşr yazıb.