Trampın andiçməsində Azərbaycanı o təmsil edib RƏSMİ

23.01.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ötən gün Vaşinqtonda ABŞ-nin yeni prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib. 

Andiçmə mərasimi əvvəlki illərdən fərqli olaraq Kapitoli binasının daxilində baş tutub.

Donald Tramp, birinci xanım Melaniya Tramp və vitse-prezident Vans Lafayette meydanının qarşısındakı kiçik, sarı kilsədə dua ediblər.

Trampın iki övladı - İvanka Tramp və Erik Tramp da andiçmə mərasimində iştirak edirlər. Qonaqlar arasında siyasətçilər, diplomatlar, milyarderlər, mədəniyyət xadimləri olub.

Bəs andiçmə mərasimində Azərbaycandan kim iştirak edib?

Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ayxan Hacızadə bildirib ki, ABŞ-nin 47-ci prezidenti Donald Trampın inauqurasiya mərasimində Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim iştirak edib.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью