Trampın andiçməsində bayraqlar yarıya qədər endiriləcək Ağ Ev niyə bu qərarı verdi?

04.01.2025

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasiminin ilk dəfə yarımçıq keçirilə biləcəyini deyib.

Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media hesabında bildirib.

O qeyd edib ki, bu, ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin ölümü ilə əlaqədar baş verə bilər.

Bundan əlavə, Tramp demokratların günahı ucbatından ölkənin tam nizamsızlıq içində olduğunu vurğulayıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib ki, ABŞ-ın keçmiş prezidenti Karterin xatirəsinə bayraqların endirilməsi ilə bağlı qərar Trampın andiçmə mərasiminə görə dəyişdirilməyəcək.

Xatırladaq ki, ABŞ-ın 39-cu prezidenti Cimmi Karter dekabrın 29-da 101 yaşında vəfat edib.

Roza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью