Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
ABŞ-nin birinci xanımı Melaniya Tramp həyat yoldaşı Donald Trampa administrasiyanın sərt miqrasiya siyasəti çərçivəsində şəxsən tanıdığı insanların da deportasiya edilməsindən narazılığını bildirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Melaniya Trampın etirazından sonra Donald Tramp köməkçilərinə miqrasiya siyasətinin əsas memarlarından biri olan Stiven Millerin həddindən artıq sərt mövqe tutduğunu deyib. pizza mizza
Məlumata əsasən, Donald Tramp il ərzində miqrasiya siyasəti ilə bağlı mövqeyini dəfələrlə dəyişib. O, bəzi hallarda daha sərt tədbirlərin görülməsini tələb etsə də, qapalı müzakirələrdə deportasiyaların miqyası və sərtliyi ilə bağlı narahatlığını ifadə edib.
WSJ yazır ki, ABŞ prezidentinin miqrasiya siyasətinə münasibətindəki bu ziddiyyətlər administrasiya daxilində də müzakirə mövzusuna çevrilib.