Trampın arvadı, oğlunun Harvarda qəbulu olunmaması ilə bağlı iddialara cavab verib

28.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın arvadı Melaniya, ərinin Harvard Universitetinə qarşı hücumlarının, onların kiçik oğlu Barronun ora qəbul olma cəhdləri ilə əlaqəli olduğuna dair yayılmış şayiələri təkzib edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "New York Post" qəzeti yazıb.

"Barron Harvarda müraciət etməyib və onun və ya onun adından müraciət edilməsi ilə bağlı hər hansı iddialar tamamilə yalandır", – deyə ABŞ-ın birinci xanımının nümayəndəsi Nikolas Klements bildirib.

Əvvəllər ABŞ-da, prezidentin Harvarda qarşı mənfi münasibətinin onun kiçik oğlunun bu universitetə qəbul olunmaması ilə əlaqədar olduğu barədə şübhələr yayılmışdı.

Tramp və onun administrasiyasının nümayəndələri, tez-tez Harvard və digər prestijli ABŞ universitetləri barədə bəyanatlar veriblər. Rəsmi şəxslərə görə, universitetlər, xüsusilə, Yəhudi mənşəli tələbələrin Fələstin tərəfdarları tərəfindən Qəzza zolağındakı hərbi əməliyyatlara qarşı etiraz edən aktivistlərdən tam təhlükəsizliyini təmin edə bilmirlər.

Daha əvvəl ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyi, Harvard Universitetinə 60 milyon dollar dəyərində federal qrantları ləğv edib. Nazirliyin fikrincə, universitet antisemitizm, etnik və irqi ayrı-seçkilik problemlərinin həlli ilə bağlı effektiv tədbirlər görmür.

Bundan əlavə, Harvardın tənqid olunduğu digər bir məsələ isə, müəyyən hallarda irqi azlıq nümayəndələrinə qəbulda üstünlük verən pozitiv diskriminasiya siyasətidir.

Tramp administrasiyası, həmçinin Harvard Universitetinə xarici tələbə qəbul etmək üçün verilən icazəni dayandırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью