Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, Ağ Evin rəhbəri sentyabrın 30-da Virciniyadakı Quantico hərbi bazasında ABŞ-nin yüksək rütbəli hərbi rəsmiləri ilə görüşdə belə deyib.
“Nobel Sülh Mükafatını şəxsən özüm üçün deyil, ABŞ üçün almaq istərdim”, - Donald Tramp vurğulayıb.
Amerika lideri daha əvvəl Hindistan və Pakistan, Misir və Efiopiya arasındakı münaqişələri əsas gətirərək yanvar ayında vəzifəyə gəldikdən sonra yeddi müharibəyə son qoyduğunu iddia edib.
Makron Trampa şərt qoyur? Nobel Sülh Mükafatına layiq görülmüş siyasətçilər arasında ABŞ-nin sabiq prezidentləri Teodor Ruzvelt, Vudro Vilson və Barak Obama da var.
Xatırladaq ki, bir həftə əvvəl Fransa prezidenti Emmanuel Makron yalnız İsrail və Fələstin arasındakı münaqişəni uğurla həll edəcəyi təqdirdə ABŞ prezidentinin Nobel Sülh Mükafatına layiq görüləcəyini bildirib.
Yeri gəlmişkən sentyabrın 29-da Donald Trampın Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə əsas mövzulardan biri Vaşinqtonun Qəzza zolağında münaqişənin həlli üçün təklif etdiyi 21 bəndlik plan olub.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. “Nobel Sülh Mükafatını şəxsən özüm üçün deyil, ABŞ üçün almaq istərdim”, - Donald Tramp vurğulayıb.