Icma.az, Moderator.az saytına istinadən bildirir.
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampın Avropadakı baş müşaviridir.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" baş katibə yaxın mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələrinə görə, məhz M.Rüttenin sayəsində D.Tramp Qrenlandiya və Avropaya maliyyə tarifləri ilə bağlı ritorikasını yumşaldıb. Bunun müqabilində Avropa liderləri sadəcə adada ABŞ-nin mümkün iştirakını müzakirə etmək barədə razılığa gəliblər.
Mənbələr qeyd ediblər ki, 14 il ərzində Niderlandın baş naziri olması Rütteyə kompromis tapmağı və saziş bağlamaq yollarını öyrədib.
Leyden Universitetinin (Niderland) dosenti Ernst Diykshornun sözlərinə görə, M.Rütte D.Trampla münasibətlərində "sualtı üzmə" prinsipini hər kəsdən daha yaxşı başa düşür: su altında qalmaq, dalğa yaratmamaq və nəticə əldə etmək üçün yalnız lazım olduqda suyun üzünə çıxmaq...
Mark Rütte NATO-ya 1 oktyabr 2024-cü ildən rəhbərlik edir. O, 2010-cu ildən 2024-cü ilə qədər Niderlandın baş naziri olub.