Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kanada Yer və Kosmos Tədqiqatları İnstitutunun əməkdar professoru Filip Stak ABŞ Prezidenti Donald Trampın Ayın ABŞ-yə məxsus olması ilə bağlı iddiasına cavab verib.
Redaktor.az xəbər verir ki, Stak ABŞ-nin Aya sahib çıxa bilməyəcəyini bildirib.
Professorun sözlərinə görə, ABŞ nə Aya kosmik gəmi göndərən, nə də Ayın səthinə çatan ilk ölkədir.
“Bu nailiyyətlərə sahib olan millət, bütün kosmik ölkələr kimi, Ayın heç kimə məxsus olmadığını qəbul edərək, belə bir iddia irəli sürmür”, - deyə Stak qeyd edib.
Qeyd edək ki, Sovet İttifaqı Aya kosmik gəmi göndərən ilk ölkə olub. “Luna-2” zondu 12 sentyabr 1959-cu ildə Baykonur Kosmodromundan buraxılıb və iki gün sonra Ayın səthinə çatıb.
Daha əvvəl Donald Tramp Yer peykinin şəklini “Ay bizimdir” başlığı ilə və sonunda Amerika bayrağı olmaqla paylaşmışdı.
Bundan əvvəl ABŞ Prezidenti Aydakı bir obyektin onun şərəfinə adlandırılacağına ümid etdiyini bildirmişdi.
Aminə ŞAHSUVARQIZI