Trampın Bakı ilə bağlı elanı İrəvanı qarışdırdı

24.01.2026

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın vitse-prezident Ceyms Devid Vensin fevral ayında Azərbaycana və Ermənistana səfər edəcəyini açıqlaması maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, Trampın açıqlaması Ermənistan KİV-də müəyyən qarışıqlığa səbəb olub.

Belə ki, Vensin İrəvana səfərinin əvvəldən gözlənildiyi, hətta hökumətə və mediaya məlumat verildiyi, lakin Bakıya səfəri ilə bağlı məlumatın yeni olduğu bildirilir.

Erməni politoloq Suren Sərkisyanın sözləri isə Ermənistan ictimaiyyətində xüsusi diqqət çəkib:

“Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən əvvəl Vensin Bakıya səfəri mövzusu gündəmdə deyildi. Sadəcə Ermənistana səfəri gözlənilirdi. Lakin görüşdən sonra nə baş verdisə, hər iki ölkəyə səfər gündəmə salındı. ABŞ-ın vitse-prezidentinin Bakını ziyarətini xüsusilə izləmək lazımdır”.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью