Trampın Bakıİrəvan sülhünə nail olmaq fürsəti var

15.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün "qızıl fürsətə" malikdir.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “Voll Strit Journal” bildirib.

"Bu iki ölkə öz fikir ayrılıqlarını həll etməyə can atır və bu, ABŞ-ın maraqlarına xidmət edəcək”, - jurnal qeyd edib.

“Tramp Ukraynada müharibəni həll etməklə bağlı vəd verib, amma demək asandır, etmək çətin. Daha az səy tələb edən, lakin əhəmiyyətli faydalar vəd verən sülh imkanı var: Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən düşmənçiliyə son qoymaq. İki ölkə son bir il ərzində danışıqlar aparıb və dönüş nöqtəsindədirlər. İki müharibəyə səbəb olan bu münaqişənin həlli əlçatandır", - yazıda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью