Trampın barışdırdığı ölkələr atəşkəsi pozdu

08.12.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tailand dekabrın 8-də Kambocaya hava zərbələri endirdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, hər iki ölkə bir-birini ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsi pozmaqda ittiham edir.

Tailand azı bir əsgərinin öldürüldüyünü, səkkiz nəfərin yaralandığını bildirib. Ölkənin hava qüvvələrinin məlumatına görə, Kamboca ağır silahları mobilizə edib, döyüş bölmələrinin mövqelərini dəyişib. Kambocanın hərbi qabiliyyətini azaltmaq üçün hava qüvvələrindən istifadə olunduğu açıqlanıb.

Kamboca isə Tailandın bir neçə gün provokativ hərəkətlərdən sonra iki məkanı vurduğunu bəyan edib. Amma Kamboca qüvvələrinin reaksiya vermədiyi bildirilib.

Döyüşlərin qızışmasının iki ölkənin münasibətlərində sabitliyi pozacağı riski yaranıb.

“Reuters” yazır ki, son onilliklərdə Cənub-Şərqi Asiya ölkələri arasında nadir hallarda hərbi toqquşma baş verib, sərhəd boyunca zərbələr isə çox nadir sayılır.

Tailandda dörd sərhəd bölgəsində azı 385 min dinc sakin köçürülüb, azı 35 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью