Trampın “BBC iddiası” sübut tələb edir

30.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyanın BBC yayım korporasiyasına qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası tələb olunan sənədlər məhkəməyə təqdim edilməyəcəyi təqdirdə rədd edilə bilər. Bu barədə “The Independent” nəşri məlumat yayıb. Bildirilib ki, ABŞ məhkəməsi Trampın vəkillərinə BBC-nin tələb etdiyi sənədləri noyabrın 23-dək təqdim etməyi tapşırıb. Hakim Enjolique Lett Trampın hüquq komandasının sənədləri toplaması və təqdim etməsi ilə bağlı narahatlığını bildirib. O, məxfilik və hüquqi imtiyazlar əsasında açıqlanması məhdudlaşdırılan materialların siyahısının noyabrın 5-dək hazırlanmasını tələb edib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью