Trampın BƏƏ də qarşılanması dünya gündəmini zəbt edib

07.06.2025

Shownews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın BƏƏ-yə səfəri zamanı qarşılanması görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, görüş zalına daxil olan zaman Tramp və BƏƏ rəsmisini sıra ilə düzülən qadınlar başlarını sağa-sola çevirərək salamlayıblar.

Qeyd edək ki, BƏƏ və ümumilikdə bəzi ərəb ölkələrində rəsmi qonaqları qarşılayarkən qadınların və ya kişilərin başlarını sağa-sola ritmik şəkildə əyərək etdiyi bu hərəkət, “Al-Ayyala” və ya “Yovla” adı verilən ənənəvi bir rəqs növünün tərkib hissəsidir.

Ənənənin çox qədim tarixi var: qızlar bakirə və uzunsaçlı olurlar. Bu hərəkətin və rəqsin mənası qonağa yüksək səviyyədə ehtiram, onu şərəfləndirməkdir.

Həmçinin rəqs qəhrəmanlıq, birlik və qəbilə qürurunu ifadə edir. Bu, BƏƏ-nin mədəni irsinin bir hissəsidir.

 

Simvolik anlamda isə qadınlar saçlarını sağa-sola ataraq və başlarını əyərək ritm tuturlar – bu, onların zərifliyini və qonağa verdikləri önəmi simvolizə edir.

Bu tip mərasimlər BƏƏ kimi ölkələrdə milli kimliyin nümayişidir və xüsusilə yüksək səviyyəli dövlət adamları gəldikdə təşkil olunur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью