GlobalInfo saytına istinadən Icma.az xəbər verir. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra atacağı addımları
Onun doktrinasında əsas maddə Ukrayna müharibəsinin başa çatması olsa da, Avropada daha bir narahatlıq NATO ilə bağlıdır.
Belə ki, Donald Tramp zaman-zaman ABŞ-ın NATO-nu tərk etməsinin mümkünlüyü ilə bağlı bəyanatlar verir.
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Trampın sözügedən bəyanatları bəlli məqsədə hesablanıb: “Tramp ilk prezidentlik dönəmində Avropa İttifaqını ciddi şəkildə tənqid edərək bildirmişdi ki, onların NATO-ya maliyyə qatqıları yetərli deyil.
Fransa Prezidenti E.Makronun “NATO beyin ölümü keçirib” ifadəsi və Avropa ordusunun qurulması ilə bağlı fikirləri Tramp tərəfindən sərt tənqid olunmuşdu.
Tramp bildirmişdi ki, bu ölkələr üzvlük haqlarını maksimal şəkildə ödəməlidirlər. Bununla da Fransa başda olmaqla Avropanı təhdid etmişdi.
İndi geosiyasi durum tamamilə fərqlidir. Ukrayna savaşından sonra Avropa İttifaqı tamamilə ABŞ-ın boyunduruğu altına düşüb.
Yəni ABŞ bilərəkdən Rusiyanı Avropa İttifaqına dəyənək kimi göstərir. Bununla da mesaj verir ki, ABŞ olmasa, Rusiya Avropanı məhv edər.