Trampın bəyənmədiyi portreti Baku TV Ru nun xüsusi müxbiri Kapitoli binasında | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. "Baku TV Ru"nun ABŞ-dəki xüsusi müxbiri Kapitoli binasında olub, rəssam Sara Bordman tərəfində
Oxu.Az xəbər verir ki, bu həmin portretdir ki, Birləşmiş Ştatlar prezidenti özünün "Truth Social" platformasında tənqid etmişdi.
O bildirmişdi ki, özünün Kapitoli binasında asılan portreti digər ABŞ prezidentləri ilə müqayisədə pis çəkilib və təhrif olunub.
"Heç kim pis şəkil və ya portret istəməz. Lakin Kapitolidəki portretim təhrif olunub.
Çox sayda insan bu portretdən şikayət edib, zəng və məktublar göndərib", - deyə ABŞ lideri öz paylaşımında qeyd etmişdi.
Lakin Kapitoli binasında Donald Trampın şikayət etdiyi portretlə tanış olan müxbir bildirib ki, burada asılan bütün əsərlər rəssam tərəfindən eyni üslubda çəkilib və onlar arasında hansısa siyasi xadimin simasının təhrif olunduğu müşahidə edilmir.
Trampın bəyənmədiyi portreti - "Baku TV Ru"nun xüsusi müxbiri Kapitoli binasında Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu