Trampın borcu açıqlandı

17.01.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın borcu 500 milyon dolları keçib.

Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin fevralında Nyu York ştatının məhkəməsi Trampa, oğullarına və şirkətin keçmiş baş direktoruna 364 milyon dollar qanunsuz qazanc və milyonlarla dollar faiz ödəməsi ilə bağlı hökm verib. Dekabrın sonuna borc 500 milyon dollardan çox olub, yanvarın 16-da isə 502 milyon dollara çatıb. Bu məbləğin 490 milyon dollarına Tramp şəxsən cavabdehdir.

Qeyd edək ki, Apellyasiya Məhkəməsi bu işlə bağlı hələlik yekun qərarını verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью