Trampın bu addımı İranı NARAHAT ETDİ KONKRET

30.05.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri İran tərəfindən narahatlıqla qarşılanıb.

KONKRET.az xəbər verir ki, bu çərçivədə Səudiyyə Ərəbistanının Tehrana xəbərdarlıq mesajı göndərdiyi iddia olunur.

Ər-Riyadın Tehrana ABŞ ilə nüvə müzakirələrində konstruktiv mövqe sərgiləməsi üçün xəbərdarlıq etdiyi bildirilir. İddiaya görə, əgər İran əməkdaşlığa meylli davranmasa, Səudiyyə Ərəbistanı mümkün hücum planının hərəkətə keçəcəyi ilə bağlı siqnal verib.

Trampın bölgəyə səfəri zamanı ABŞ-Səudiyyə münasibətlərinin möhkəmləndirilməsi və İranın regional fəaliyyətlərinə qarşı sərt mövqe nümayiş etdirilməsi diqqət çəkib. Müşahidəçilər bu gedişatın İran-Səudiyyə münasibətlərində gərginliyin artmasına səbəb ola biləcəyini istisna etmir.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью