Trampın bu addımı qızılı kəskin bahalaşdırdı

01.10.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Nyu-York Ticarət Birjasında (COMEX) dekabrın qızıl füçersləri 0.72% bahalaşaraq bir Trua unsiyası üçün 3 901.20 dollara çatıb.

Bakupost.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bu, ABŞ hökumətinin fəaliyyətini dayandırması fonunda baş verib.

Oktyabrın 1-də Bakı vaxtı ilə saat 8:01-də ABŞ hökuməti rəsmi olaraq hökumətin fəaliyyətini dayandırıb - Konqres yeni maliyyə ili üçün büdcəni qəbul edə bilmədiyi üçün federal hökumət fəaliyyətini dayandırıb.

Bundan əvvəl qızılın qiyməti tarixdə ilk dəfə olaraq 3850 dollar/unsiya həddini keçib, çünki ABŞ hökumətinin bağlanması risklərinin artması səbəbindən dolların məzənnəsi qlobal miqyasda zəifləyib. Bu fonda gümüşün qiyməti 2011-ci ilin may ayından bəri ilk dəfə olaraq bir unsiya üçün 47 dolları ötüb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью