Trampın bu dediyi Modini əsəbiləşdirib

30.08.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistanın Baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı Trampın dediklərindən əsəbiləşib.

Metbuat.az xəbər verir ki, bu barədə "The New York Times" yazır.

Qeyd edilib ki, 17 iyun tarixində telefon danışığı zamanı Tramp deyib ki, Pakistan onu Nyu-Dehli və İslamabad arasında atəşkəs danışıqlarında roluna görə mükafata namizəd göstərməyi planlaşdırır.

Hindistanın baş naziri isə ABŞ-nin atəşkəs razılaşmasında heç bir əlaqəsi olmadığını bildirdi.

Nəşr qeyd edir ki, bu, onların münasibətlərini ciddi şəkildə pisləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью