Trampın bu fikri diqqət çəkdi: ABŞ liderinin doqquzuncu müharibə açıqlamasının pərdəarxası

21.10.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Artıq səkkiz müharibəni dayandırmışam, doqquzuncu savaşın bitməsi da yaxın vaxtlarda reallaşa bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

O bildirib ki, vəzifədə olduğu müddətdə səkkiz müharibəni dayandırmağa nail olub.

Ağ Ev rəhbəri əlavə edib ki, doqquzuncu müharibənin bitməsinə az qalıb.

Ekspertlər ABŞ liderinin Rusiya-Ukrayna müharibəsinə işarə etdiyini bildirirlər. Ancaq Tramp özü doqquzuncu müharibə deyərkən nəyi nəzərdə tutduğunu detallı şəkildə açıqlamayıb.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью