Trampın bu istəyi həyasızlıqdır Rasmussen

13.05.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı hədələri Danimarkanı getdikcə narahat edir.

Axar.az xəbər verir ki, bu barədə ölkənin sabiq baş naziri və NATO keçmiş baş katibi Anders Foq Rasmussen "Politiko"ya müsahibəsində danışıb.

O, Qrenlandiyanın Danimarkanın bir hissəsi olduğunu və qrenlandiyalıların amerikalı olmaq istəmədiyini vurğulayıb:

"Mən hesab edirəm ki, Amerika prezidentinin müttəfiqini təhdid edə bilməsi həyasızlıqdır. Danimarka ABŞ-ın ən yaxın və etibarlı müttəfiqlərindən biridir".

Onun sözlərinə görə, son onilliklərdə Amerika Qrenlandiyada yalnız hərbi mövcudluğunu azaldıb, baxmayaraq ki, orada bazalar yaratmaq hüququ var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью