Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tramp Amerikanı qlobal istixana qazı emissiyalarının azaldılması üçün çərçivə sənədi olan Paris Sazişindən çıxaracağını demişdi.
Onun ənənəvi enerjiyə üstünlük verərək, neft-qaz hasilatını artıracağı təqdirdə neft qiymətinin düşəcəyi proqnozlaşdırılır.
Belə olan halda bu dəyişiklik Azərbaycana necə təsir edəcək? Ölkəmizdə pullu xidmətlərin qiymətində artım müşahidə oluna bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Trampın proteksionist siyasəti nəticəsində neftin qiymətlərində enmə ola bilər: “Trampın hakimiyyətə gəlməsindən sonra təbii olaraq bir çox istiqamətlərdə dəyişikliklər gözlənilir.
Bunlardan birincisi Amerika iqtisadiyyatı ilə bağlıdır. Çünki proteksionist siyasət yeridəcəyi şübhəsizdir.
Bu, vergi güzəştlərinin olacağı, tariflərin artırılacağı, xarici tərəfdaşların sıxışdırılacağı ilə bağlıdır.
Eyni zamanda da, ənənəvi kabohidrogen ehtiyatlarının işlənməsi ilə bağlı yanaşması var.