Trampın bu sözlərinə görə İran ABŞ a nota verdi

18.06.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfiri Nadine Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az “Mehr”agentliyinə istinadən xəbər verir ki, İran tərəfi Lozanoya ABŞ Prezidenti Donald Trampın son bəyanatları ilə bağlı etiraz notası təqdim edib. Sənəd dərhal ABŞ hökumətinə təhvil verilməlidir.

Qeyd edək ki, bundan əvvəl Tramp İrana qarşı səbrinin artıq tükəndiyini, İran xalqının müharibəyə qarşı möhkəm dayandığını deyən İran ali dini lideri Seyid Əli Xameneniyə “uğurlar” arzulamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью