Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi ABŞ da İlk müsəlman senator olacaq

04.11.2026

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

ABŞ-da keçirilən aralıq seçkilərdə tarixi nəticə qeydə alınıb.

Miçiqan ştatından Senata namizəd olan 42 yaşlı demokrat Əbdül Əl-Səid respublikaçı Mayk Rocersi məğlub edərək qələbə qazanıb. Bununla da o, ABŞ tarixində Senata seçilən ilk müsəlman olub. Nəticə “Associated Press” tərəfindən də təsdiqlənib.

Misir əsilli amerikalı həkim və epidemioloq olan Əl-Səid seçki kampaniyası zamanı bir sıra mübahisəli və diqqətçəkən vədlərlə çıxış edib. O, ABŞ-ın İsrailə hərbi yardımının dayandırılmasını, bütün vətəndaşlar üçün universal tibbi sığorta sisteminin yaradılmasını və immiqrasiya məsələləri ilə məşğul olan ICE qurumunun ləğvini müdafiə edib.

Onun qələbəsi təkcə dini mənsubiyyətinə görə deyil, həm də kampaniya zamanı üzləşdiyi siyasi hücumlar fonunda diqqət çəkib.

Seçki kampaniyasında İsrailə yardıma qarşı çıxıb

Əl-Səid seçki platformasında ABŞ-ın İsrailə hərbi yardımının dayandırılmasını müdafiə edib. O, həmçinin bütün amerikalılar üçün dövlət tərəfindən maliyyələşdirilən universal tibbi sığorta sisteminin yaradılmasını və ABŞ-ın İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) ləğvini təklif edib.

Reuters-in məlumatına görə, namizəd kampaniyasında səhiyyə xərclərinin azaldılması, korporativ maraqların siyasətə təsirinin məhdudlaşdırılması və adi vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılmasını da əsas vədlərindən biri kimi təqdim edib.

Tramp onu “cihadçı” adlandırmışdı

“The Independent” nəşrinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı Əl-Səidin adını bir neçə dəfə bilərəkdən səhv çəkərək ona “Məhəmməd” deyə müraciət edib.

Tramp onu hətta “ölkəmizə nifrət edən çılğın cihadçı” adlandırıb.

ABŞ-ın vitse-prezidenti, eyni zamanda Senata sədrlik edən Cey Di Vens də kampaniya zamanı Əl-Səidi lağa qoyub və təhqir edib.

Lakin seçkidə qələbə qazanan Əl-Səid Trampın onun adını düzgün tələffüz edə bilməməsinə ironik cavab verib:

“Donald, bilirəm ki, mənim adımla bağlı çətinliklərin olub. Ona görə də Cey Di yanvarda mənə and içdirəndən sonra mənə sadəcə ‘senator’ deyə bilərsən”. Əl-Səidin bu sözləri onun seçki qələbəsindən sonra Trampa ünvanladığı siyasi mesaj kimi diqqət çəkib.

42 yaşlı siyasətçinin qələbəsi ABŞ Senatında təmsilçilik baxımından tarixi hadisə hesab olunur. O, Miçiqan ştatını təmsil edəcək və ABŞ tarixində Senatda yer alan ilk müsəlman olacaq.

N. Talıblı

AzPost.az

Post navigation

Previous: Restoran açmaq asandır, bəs onu gəlirli saxlamaq niyə çətindir?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью