Trampın Çin səfəri öncəsi ABŞ kəşfiyyatına ciddi zərbə

18.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) əməkdaşlarının xidmətdaxili məlumat mübadiləsi üçün istifadə etdiyi qapalı rabitə şəbəkəsi fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə CNN telekanalının məlumatında bildirilib.

Qeyd olunur ki, hazırda şəbəkədə baş verən nasazlığın kiberhücum nəticəsində yarandığını təsdiqləyən heç bir sübut yoxdur. Agentlik problemin miqyasını müəyyənləşdirməyə çalışarkən əməkdaşların iş yerlərinə gəlməsi üçün xüsusi qrafik tətbiq edib.

ABŞ-ın hazırkı və keçmiş rəsmilərinin sözlərinə görə, “NSA Net”in fəaliyyətini dayandırması agentliyin təcili kəşfiyyat məlumatlarını ABŞ Prezidenti Donald Trampa çatdırmaq imkanlarına təsir göstərməyəcək.

Hazırda Asiyada səfərdə olan Tramp “Air Force One” təyyarəsi ilə hərəkət edir. O, Filippindədir və bu gün Çinə yola düşməyi planlaşdırır. Burada Çin lideri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putinlə danışıqların keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ABŞ-ın ən mühüm kəşfiyyat qurumlarından birində baş verən bu texniki nasazlıq son vaxtlar ölkə üzrə aviaşirkətləri və iri korporasiyaları əhatə edən bir sıra genişmiqyaslı texnoloji problemlərdən sonra qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью