Icma.az, Baku.ws portalına istinadən məlumat yayır. ABŞ prezidenti Donald Trampın başladığı ticarət müharibələri fonunda, 10 aprel tarixində
BAKU.WS xəbər verir ki, bu barədə CNBC telekanalı "ICE" birjasının məlumatlarına istinadən məlumat yayıb.
Bu göstərici dolların avro, yen, funt-sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı da daxil olmaqla altı əsas valyutaya qarşı məzənnəsini əks etdirir.
İndeks nə qədər yüksəkdirsə, ABŞ valyutası digər valyutalara qarşı bir o qədər güclüdür.
Dolların zəifləməsi ABŞ-nin səhmlərinin və istiqrazlarının satışları ilə müşayiət olunub.
Trampın 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində qalib gəlməsindən sonra indeks inamla artaraq 13 yanvar 2025-ci ildə lokal maksimum olan 110.18 bəndə çatmışdı.
Lakin respublikaçının vəzifəyə başladıqdan sonrakı ilk addımları dolların dəyərdən düşməsinə səbəb olub.
Demək olar ki, dünyanın bütün ölkələrinə qarşı tətbiq olunan idxal rüsumlarının elan edilməsi isə bu prosesi daha da sürətləndirib.