Trampın Çinə zəngi: Gözlənilən telefon danışığının tarixi açıqlandı

01.06.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında telefon danışığı gələn həftə baş tuta bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Kevin Hasset “ABC News” telekanalına müsahibəsində məlumat verib.

Hasset qeyd edib ki, konkret tarix hələ müəyyən olunmayıb, lakin tərəflər arasında Cenevrədə (10-11 may) əldə olunan razılaşmanın müzakirəsi üçün bu görüşün keçirilməsi müzakirə olunur. O, bu razılaşmanı böyük irəliləyiş hesab etdiklərini bildirib və Trampın bu həftə bu mövzu ətrafında danışmaq istədiyini vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью