Trampın çıxışı zamanı arxasındakı gənc hər kəsi güldürdü VİDEO

23.07.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı yaşanan maraqlı anlar sosial şəbəkələrdə geniş müzakirə olunur.

"Yeni Sabah" xəbər verir ki, hadisə ABŞ-nin Corciya ştatının Marietta şəhərində keçirilən mitinq zamanı baş verib. 

Çıxış zamanı Trampın arxasında dayanan gənc onun mimikalarını, jestlərini və əl hərəkətlərini şişirdilmiş şəkildə təqlid edib. O, qaşlarını çatıb, üz ifadələrini dəyişib və Trampın danışıq tərzini canlandırmağa çalışıb. pizza

Kadrlarda Donald Trampın tribunadan çıxış edərək əl hərəkətləri ilə fikirlərini vurğuladığı, arxasında dayanan gəncin isə eyni hərəkətləri təkrarladığı görünür.

Həmin görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və çoxsaylı istifadəçilərin marağına səbəb olub.

Əsmətxanım Rzazadə  


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью