Trampın çıxışından narazılıq etdilər

24.09.2025

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir sıra avropalı rəsmilər ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışından narazı olduqlarını bildiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Politico mənbələrə istinadən xəbər verir .

“O, həqiqəti demir. Tramp Avropanın Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsinə, Rusiya enerjisindən asılılığını azaltmasına və Ukraynanı dəstəkləmək üçün milyardlar xərcləməsinə baxmayaraq, heç nə etməmiş kimi danışdı ”, - adının açıqlanmasını istəməyən avropalı məmur şikayət edib.

Qeyd olunur ki, bir neçə xarici rəsmi Amerika liderinin çıxışını “ən yaxşı halda məlumatsız, ən pis halda isə əks-məhsuldar” kimi qiymətləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью