GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Rusiya enerji obyektlərimizə zərbə endirir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, ruslar 70-dən çox ballistik raket və 450 hücum dronundan istifadə edərək Sumı, Xarkov, Kiyev, Dnipro, Odessa və Vinitsa bölgələrində məqsədyönlü zərbələr endiriblər. Hücum nəticəsində 9 nəfər yaralanıb, yaşayış binaları və enerji infrastrukturu zədələnib, Kiyevdə çoxmərtəbəli binalarda yanğınlar baş verib.
“Rusiyaya təzyiq olmadan bu müharibənin sona çatması mümkün olmayacaq. Moskva hazırda terror və eskalasiyanı seçir, buna görə maksimum təzyiq göstərilməlidir”, – Zelenski qeyd edib.
Qeyd edək ki, Rusiya ABŞ Prezidenti Donald Trampın istəyi ilə 1 fevrala qədər Ukraynanın enerji sistemini vurmayacağını vəd etmişdi.
Safura Bənnayeva
Globalinfo.az