Trampın dəvətinə yox dedi

13.12.2024

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Çin sədri Ci Sinpin ABŞ-nin yeni seçilmiş Prezienti Donald Trampın onun andiçmə mərasimində iştirakla bağlı dəvətini qəbul etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “CBS News” açıqlayıb.

Bildirilib ki, Çin lideri ABŞ-yə getməyəcək və qonaq qismində tədbirdə iştirak etməyəcək.

Onun əvəzində Trampın inauqurasiyasına Çinin ABŞ-dəki səfiri və həyat yoldaşı qatılacaq. “CBS News”un mənbələri, həmçinin qeyd edib ki, səfirlə yanaşı tədbirdə Çindən bir neçə rəsmi qonaq da iştirak edə bilər. 

Xatırladaq ki, dünən D.Trampın çinli həmkarını öz inauqurasiya mərasiminə dəvət etdiyi məlum olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью