Trampın əfv etdiyi adamlardan biri güllələndi KONKRET

28.01.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Trampın əfv etdiyi, Kapitoliyə hücum edən Metyu Şattl ABŞ-nin İndiana ştatında güllələnib.

KONKRET.az xəbər verir ki, Şatlını həbs etmək istəyən polis vurub. Məlumatda bildirilir ki, onlar arasında dava düşüb və nəticədə polis  Şatla atəş açıb. Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Tramp tərəfdarları 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün ABŞ Konqresinin binasına soxulublar. Sonra Nümayəndələr Palatası üsyana təhrik etdiyinə görə Trampa impiçment elan etmək qərarına gəlib. Lakin fevral ayında Senat ona bəraət verdi. Tramp daha sonra Kapitoliya hücumunda iştirak etməkdə təqsirli bilinən vətəndaşları əfv edəcəyini bildirib . O, dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra 1,5 minə yaxın məhkumun əfv edilməsi haqqında fərman imzalayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью