Icma.az bildirir, Qaynarinfo portalına istinadən. ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir
Qaynarinfo xəbər verir ki, bu barədə Bolton Politico-ya müsahibəsində danışıb.
Keçmiş müşavir bildirib ki, Ukraynada müharibənin tez bir zamanda dayandırılması Rusiya lideri Vladimir Putinin məqsədləri qarşısında "demək olar ki, təslim olmaq" deməkdir.
O, həmçinin müharibənin tələsik bitməsinin ABŞ-ın NATO-dan çıxışına yol aça biləcəyini vurğulayıb.
"Mən düşünürdüm ki, Tramp NATO-dan çıxacaq və hələ bunu etməyib, amma artıq musiqinin səslənməyə başladığını eşitmək olar.
Atəşkəs elan olunacaq, demilitarizasiya olunmuş zona yaradılacaq, danışıqlar başlayacaq, Ukrayna NATO-ya qoşulmamaq öhdəliyini götürəcək – bu, əslində, Kreml tərəfindən yazılmış senariyə bənzəyir," – deyə Bolton qeyd edib.
Bolton Böyük Britaniyanın baş naziri Kir Starmerin atəşkəs rejimini təmin etmək üçün Ukraynada Britaniya qoşunlarını yerləşdirməyə hazır olması ilə bağlı sözlərinə isə istehzalı yanaşıb.
"Mən sülhməramlı qüvvələrin yerləşdirilməsinə qarşıyam. BMT təcrübəsi göstərib ki, belə qüvvələr yerləşdirildikdən sonra daimi hala çevrilə