Modern.az saytına istinadən Icma.az xəbər verir.
"Bu axşam saat 20:00-dan sonra Kuşner və Uitkoff Moskvaya gələcəklər. Onlar Putinlə görüşəcəklər və müzakirələr Ukrayna sülh prosesi və digər əlaqəli mövzularla bağlı davam edəcək".
Modern.az xəbər verir ki, bunu jurnalistlərə Kremlin sözçüsüDmitri Peskov bildirib.
Stiv Uitkoff və Cared Kuşner Vladimir Putinlə Ukrayna sülh planının son versiyasını müzakirə etməlidirlər.
"Bloomberg" agentliyi Rusiya prezidentinə əvvəlcədən Amerika təklifinin mətninin verildiyini bildirib. Danışıqlardan sonra Putinin köməkçisi Yuri Uşakov jurnalistlər üçün telefon brifinqi keçirəcək.
Xatırladaq ki, Stiv Uitkoff ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi, Cared Kuşner isə onun kürəkənidir.