Trampın elçisi sülh planını Putinə verdi Üçüncü görüşün nəticəsi gözlənilir + VİDEO

25.04.2025

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aprelin 25-də Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşüb.

“AzPolitika” xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yayımlanıb.

Görüşə Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və Rusiya birbaşa investisiyalar fondunun (RFPI) baş direktoru, Kirill Dmitriev də qatılıblar.

Qeyd edək ki, görüşdə Uitkov ABŞ-nin Ukrayna münaqişəsinə son qoymaq üçün hazırladığı sülh planı müzakirə olunub. Bu, Trampın nümayəndəsinin Putinə üçüncü görüşüdür.

Əvvəlki görüşlərdən sonra Uitkov Ukraynanın 5 hissəyə bölünməsi, Krım və Donbassın Rusiyaya verilməsi təşəbbüsü ilə çıxış edib. Onun dedikləri Ukrayna və Avropa müttəfiqlərində ciddi narazılıq doğurub. Daha sonra Trampın elçisi fikirlərinin təhrif olunduğunu iddia edib.

“AzPolitika.info”

Путин встретился с Виткоффом

Путин встретился с Виткоффом в Москве Подробности — https://gordonua.com/news/worldnews/putin-vstretilsja-s-vitkoffom-v-moskve-video-1740573.html

Posted by Дмитрий Гордон on Friday, April 25, 2025


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью