Trampın elçisindən sensasion müqayisə: “Zelenski Ukraynanın Linkolnudur”

12.06.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq Brüsseldə keçirilən forumda Ukrayna Prezidenti Volodimir Zelenskini ABŞ-ın tarixi lideri Abraam Linkolnla müqayisə edib.

Globalinfo.az xəbər verir ki, Kelloq bu barədə Alman Marşall Fondunun təşkil etdiyi tədbirdə çıxışı zamanı danışıb.

O bildirib ki, Zelenski ölkəsinin ərazisində millətin sağ qalması və suverenliyi uğrunda mübarizə aparır, eynilə Linkolnun zamanında etdiyi kimi.

“O (Linkoln – red.) öz torpağında bir millətin sağ qalması və milli suverenlik uğrunda mübarizə aparırdı. Bu baxımdan hazırda döyüş meydanında ukraynalıların qarşılaşdığı problemləri başa düşmək lazımdır”, – deyə Kelloq vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью