Trampın əli niyə göyərib? Özü açıqladı KONKRET

23.01.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Davosdakı kameralar ABŞ prezidenti Donald Trampın əlindəki göyərmələri qeydə alıb. Bundan sonra beynəlxalq mətbuatda Trampın səhhəti ilə bağlı müzakirələr yenidən intensivləşib.

KONKRET.az verir ki, prezident bu barədə təyyarəsində jurnalistlərə açıqlama verməli olub.

“Yaxşıyam. Əlimi masaya vurdum. Əgər göyərmə istəmirsinizsə, aspirin qəbul etməyin. Deyirlər ki, ‘Ürəyini sevirsənsə, aspirin qəbul et, amma kiçik göyərmələr istəmirsənsə, qəbul etmə’. Mən aspirin qəbul edirəm.

Həkim dedi ki, qəbul etmək məcburiyyətində deyilsən, çox sağlamsan. Mən də dedim ki, riskə getmirəm”, – deyə ABŞ lideri qeyd edib.

(unikal)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью