Trampın əlindəki ləkənin sirri Ağ Ev açıqladı KONKRET

26.02.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın sağ əlində görünən qançırların səbəbi açıqlanıb.

KONKRET.az globalinfo.az-a istinadla xəbər verir ki,  bununla bağlı Ağ Evin mətbuat katibi Karolin Levitt şərh verib.

O qeyd edib ki, D.Tramp tez-tez əl sıxaraq salamalaşdığına görə bu, belədir:

“Prezident xalqın adamıdır. O, sələflərinə nisbətən daha çox amerikalı ilə görüşür”, – K.Levitt deyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı ilə görüşündə çəkilən fotolarda əlindəki qızartılar diqqət çəkib. Bu sosial medialarda 78 yaşlı ABŞ  liderinin səhhəti ilə bağlı müxtəlif fərziyyələrin yaranmasına səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью