Trampın əmri: Hərbi xərclər kəskin azaldılır

22.02.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Tramp administrasiyası Pentaqona hərbi xərclərin azaldılması planının hazırlanmasını tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Bildirilib ki, Ağ Ev hərbi büdcədən qənaət edilən vəsaiti administrasiyanın hazırda prioritet hesab etdiyi digər müdafiə sahələrinə yönəltməyi hədəfləyir.

Pentaqonun rəhbəri Pit Heqset artıq hərbi büdcəni səkkiz faizə qədər azaltmaq istiqamətində araşdırmalara başlayıb.

Qeyd edək ki, Amerikanın builki hərbi büdcəsi 850 milyard dollara yaxındır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью