Trampın Ermənistanla bağlı planı İsrail xəfiyyəsi

10.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdəki gərginliyi azaltmaq istəyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İsrailin "Nativ" kəşfiyyat xidmətinin keçmiş rəhbəri, politoloq Yakov Kedmi Bolqarıstanın "Pogled İnfo" portalına müsahibəsində deyib.

O bildirib ki, ABŞ Trampın rəhbərliyi altında Rusiya ilə rəqabətə davam edəcək:

"Bununla belə, ABŞ öz taktikasını dəyişəcək. Ağ Ev hərbi üsullar əvəzinə Rusiya Federasiyasının qonşu dövlətlərini öz maraqları orbitinə cəlb etməyə başlayacaq. Bu, onların Qərbə münasibətini tədricən dəyişməyə imkan verəcək.

Trampın taktikası Rusiyanın ətrafındakı bütün periferik dövlətlərlə - Qazaxıstan, Monqolustan, Özbəkistan, Ermənistan, bəlkə də Gürcüstan, bəlkə də Belarusla münasibətləri gücləndirməkdir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью